Dərc edildi: Baxış sayı: 512
Aşıq Musa - Gəzdirir
Mənim yarım bu məclisdə
Dolanıb cağı gəzdirir.
Özü təzə, əldə məzə,
Eyvan, otağı gəzdirir.
Ləbləri məni məst elər,
Kirpiyi cana qəsd elər,
Dərib bənövşə dəst elər,
Büllur buxağı gəzdirir.
Rubəndini üzdən açmaq,
Xoşdur onunla danışmaq.
Bəxtəvər başına, başmaq,
Gültək ayağı gəzdirir.
Musa vəsfin söylər saza,
Eşidən gəlsin avaza.
Yanaqları güldən təzə,
Qaymaq dodağı gəzdirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət