Slimfit
  1. BİOQRAFİYA

Aşıq Musa

Aşıq Musa
Sakura

Aşıq Musa - şair, aşıq

Aşıq Musa (1795-1840. 1830-1912) — XIX əsr Azərbaycan aşıqlarındandır.

Aşıq Musa Səfər oğlu XIX əsr Azərbaycan aşıqlarındandır. Bəzi mənbələrdə Göyçənin Ağkilsə, bəzi mənbələrdə isə Qaraqoyunlu kəndində dünyaya gəldiyi güman olunur. Həyat və fəaliyyəti haqqında məlumat azdır. Saf məhəbbətin tərənnümünə aid şeirləri ilə yanaşı fırıldaqçı və yalançı din xadimlərini ifşa edən əsərlər də yazmışdır. Şeirlərindən məlum olur ki, Aşıq Musa yaxşı təhsil görmüş, xüsusilə də divan şeriylə yaxından maraqlanmışdır. Əlimizə gəlib çatan az saylı şeirləri qoşma, gəraylı, müxəmməs və divan janrındadır. XIX əsrin digər aşıqları kimi Aşıq Musa da öz şeirlərində əsasən sosial məsələlərə, xalqın problemlərinə, insanların qarşılaşdıqları çətinliklərə, saz və sözün önəmi kimi məsələlərə toxunmuşdur. Şeirlərindən bəlli olur ki, o, sazlı-sözlü məclislərdə iştirak etmişdir. Onun Dağıstana, Rusiyaya, Gürcüstana, Orta Asiyaya və Türkiyəyə səfərlərə çıxdığı da güman olunur.

Aşıq Musanın hələlik məlum olan tam yaradıcılığı Hüseyn İsmayılovun "Göyçə aşıqları və el şairləri" (I cild, Səda-2006, səh.442-468.) kitabında bütünlüklə çap olunmuşdur. Belə ki, kitabda Aşıq Musanın 2 gəraylısı, 10 qoşması, 2 təcnisi, 2 divanisi, 2 müxəmməsi və 6 deyişməsi olmaqla cəmi 24 şeiri çap olunub.

Aşıq Musanın 2013-cü ildə ayrıca olaraq "Elm və təhsil" nəşriyyatında Folklor İnstitutu tərəfindən 148 səhifədən ibarət "Əsərləri" adlı kitabı (tərtib edəni:İslam Ələsgər) çap olunmuşdur. Kitabda aşığın 50-dən artıq şeiri vardır. Bunların əksəri qoşma, 8-i gəraylı, 5-i divani, 4-ü təcnis və 4-ü müxəmməsdir.

 

Kitabları:

Aşıq Musa, "Əsərləri" (tərtib edəni:İslam Ələsgər), Bakı, "Elm və təhsil", 2013. 148 səh. (AMEA Folklor İnstitutu)

 

Qoşmaları:

Balabançı.

Dağıstanda.

Dağlar (Eşidin, dərdimi sizə söyləyim).

Dağlar (Mən gedirəm, halallaşaq, ayrılaq).

Dəli könül, səndə nələr dolanır.

Dilim.

Düşdük.

Eyləyir.

Göyçənin.

Gülə-gülə. 

Güllər.

Getdi.

Gələydi.

Gəldimi.

Görüşməyə.

İndi. 

Köynəkcək.

Mən (qoşma).

Mən istərəm bu meydanda nər indi.

Mənə Dilbər.

Məndən. 

Ola.

Olmaz. 

Ovçu.

O görükən dağlar sizin dağlardı.

Siz indi.

Sənsən.

Sinəsin.

Sultan.

Var. 

Varmı.

Yatmışdım, guşuma gəldi bir səda.

Tərlan.

 

Gəraylıları:

Bir gün. 
Gəzdirir.
Gözlər.
Kəklik. 
Mən gedirəm, halallaşaq.
Nə günahı telli sazın.
Oldu.
Sultanım.

 

Divaniləri:

Mərd.
Yüküm.
Yüküm (Hikmətindən bağlanıbdı).
Qalmadı.
Əlif.

 

Müxəmməslər:

Maral.
Gilas.

Pəri.

Samavar.

 

Təcnisləri:

Ay üzə-üzə.

De bir üz, bir üz.

 

Cığalı təcnislər:

Əyər-əyər.

 

Deyişmələri:

Yazgınan - Göndərrəm.

 

Dastanları:

Aşıq Musa ilə Mələknisə xanım dastanı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR