Dərc edildi: Baxış sayı: 620
Aşıq Hüseyn Bozalqanlı - Ay ata-ata
Ay bimürvət, aldın şirin canımı,
Müjganın sinəmə ay ata ata.
- Əziziyəm ay ata,
- Oğlun ölür, ay ata,
- Başım cəllad əlində,
- Sözüm keçmir həyata.
Qaşın Qüreyşdi, camalın cimdi,
Nə gözəl yazılıb ayat, ayata.
Bülbül idin qondun qeyri dala sən,
Mənim kimi qəm bəhrinə dalasan
- Əziziyəm, dala sən,
- Dara zülfün dala sən
- Əlif olan qəddimi,
- Döndərirsən dala sən
Məcnun kimi məni saldın dala sən,
Xaraba küncündə ay yata yata.
Yazıq Hüseyn, eşq oduna yanar hey,
Qoynundakı ya turuncdur, ya nar hey.
- Əziziyəm yanar hey,
- Dərdin canda yanar hey,
- Tərlan könlüm havadan,
- Sona alıb enər hey.
Namərd olan səməndindən enər hey,
Mərd iyidlər minər ay ata, ata.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət