Dərc edildi: Baxış sayı: 716
Aşıq Bəsti - Getdi
Kəpəzə, Qoşqara nəğmə qoşardı,
Bizim bu dağlarm Qurbanı getdi.
Daha gəlməz səsi eldən, obadan,
Getdi, aşıqların sultanı getdi.
Aşıqlarm ürəyiydi, gözüydü,
Məclislərin söhbətiydi, sözüydü.
Elə bil ki, Ələsgərin özüydü,
Axtarma gözlərim, cahanı getdi.
Biz sayanlar qaldı, fələk nə saydı,
Aləm deyər: Bəsti kiri, nə vaydı.
Kəlmələri dərdimizə davaydı,
Dərdli ürəklərin loğmanı getdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət