Dərc edildi: Baxış sayı: 609
Aşıq Abdulla - Olsun
Mötəbər gözəldir, ilqarı bütün,
Olur onun kimi gözəl yar olsun,
Ayrılmazdım onun gül camalından,
Yamanların evi tarimar olsun.
Bir alma göndərdim mən sənə, nigar,
Gözüm yollardadır, könlüm intizar,
Dərdi-qəmi varsa, məhəbbəti var,
Bir nişana göndər yadigar olsun.
Bizi ayrı salan çərxi-fələkdir,
Şirin canım yar yolunda hələkdir,
Atma Abdullanı, sənə gərəkdir,
Sirr sözün yadlara, aşikar olsun.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət