Dərc edildi: Baxış sayı: 683
Aşıq Abdulla - Gəl-gəl
Çəkərəm qılıncı, girrəm meydana,
Gəlirsən meydana, gəl, indi gəl-gəl.
Bəzərəm meydanı zərafşan qana,
Gəlirsən meydana, gəl indi gəl-gəl.
Şəki, Şirvan, qətli fərman ya mənim,
Əzbərimdir qırxlar piri ya mənim,
Cahan Xanım ya sənindir, ya mənim,
Gəlirsən meydana, gəl indi gəl-gəl.
Abdulla qızıban şirivar oynar,
Qalxan gumbuldayar, şəmşirdar oynar,
Baş kəsilər, meydan, qızıl qan oynar,
Gəlirsən meydana, gəl indi gəl-gəl.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət