Dərc edildi: Baxış sayı: 918
Aşıq Abbas Tufarqanlı - Yara yüz
Ağlaya-ağlaya düşdüm yollara,
Yar ayrısı dərdü-möhnət, yara yüz.
Dərdim oldu əvvəlkindən beşbetər,
Şan-şan oldu qara bağrım, yara yüz.
Tutdum yar əlindən bəlkə sağalam,
Saqi məstü, saqi sərxoş, saqi lam,
Çətin, çətin bu yaradan sağalam,
Dərd bir oldu, dərman doxsan, yara yüz.
Mən Abbasam, yara qurban yar üçün,
Doğra bağrım, kəs ciyərim yar üçün,
Yar odur ki, bu dünyada yar üçün,
Yaxa yırta, zülf dağıda, yara yüz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət