Dərc edildi: Baxış sayı: 787
Aşıq Abbas Tufarqanlı - Var mənim
İsfahan mülkündən gələn xocalar,
Bu canımda intizarım var mənim.
Biri hicran, biri möhnət, biri qəm,
Qəm evliyəm, xiridarım var mənim.
Ala gözün xumarlayıb süzməsin,
Ay qabağa qızıl, inci düzməsin,
Deyin yara, əl duadan üzməsin,
Ürəyimdə ahu-zarım var mənim.
Mən Abbasam, gəlsin könlüm aradan,
Oxudum dərsimi, çıxdım qaradan,
Sən bilirsən, yeri-göyü yaradan,
Gülgəz Pəri kimi yarım var mənim.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət