Dərc edildi: Baxış sayı: 839
Aşıq Abbas Tufarqanlı - Sudan gəlir
Başma döndüyüm alagöz Pəri,
Elə bildim sonam bu sudan gəlir.
Müjgan atdı, dəydi, keçdi sinəmdən,
O cadı qəmzələr, busudan gəlir.
Başına örtübdü kalağay, gəzər,
Əyri tel üstündən qızıl düymələr,
Belinə yaraşıb zərbafdan kəmər,
Çəpkənli, çarğatlı ağ bədən gəlir.
Abbasam, yetirdim aman-amana,
Nə ola bir əlim çata canana.
Qoynu içi dönüb taza bostana,
O sərxoş sevdiyim hamamdan gəlir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət