Dərc edildi: Baxış sayı: 773
Aşıq Abbas Tufarqanlı - Sarı gəl, sarı
Başına döndüyüm, alagöz Pəri!
İnsaf eylə bizə sarı gəl, sarı.
Leyli-nahar1 həsrətini çəkməkdən,
Gül rəngim olubdu sarı, gəl, sarı.
Səninlə gedərdim Təbrizdə bağa,
Qışda ağ otağa, yayda yaylağa,
İndi mən öləndə özün bük ağa,
Zülfünə tabutum sarı, gəl, sarı.
Canım qurban olsun həmişə mərdə,
Ay yaradan, fürsət vermə namərdə!
Abbası salıbsan bulunmaz dərdə,
Dərmanı özündə sarı, gəl, sarı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət