Dərc edildi: Baxış sayı: 918
Aşıq Abbas Tufarqanlı - Pəri
Nə gülürsən mənim kimi gülüncə,
Sən mənə gülüncə, dərdə gül, Pəri!
Alişan otaqda, gülşən bağçada,
Süsəni, sünbülü dər də gül, Pəri!
Səninlə gəzirdik Təbrizdə bağı,
Sinəmə çəkirsən dağ üstdən dağı,
Bəndə saldın mənim kimi dustağı,
Çox məni qoyubsan darda, gül, Pəri!
Abbas gətirildi dar ayağına,
Xınatək yaxıldım yar ayağına,
Yoxsulu çəkərlər var ayağına,
İndi mənim kimi mərdə gül Pəri!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət