![Aşıq Abbas Tufarqanlı - Öp](https://ensiklopediya.az/images/news/081185a370f7fd9d169d01966ae6c2b0.jpg)
Dərc edildi: Baxış sayı: 1158
Aşıq Abbas Tufarqanlı - Öp
Könül, Məcnun kimi yayın dağlara,
Əyil, bu lalənin budağmdan öp!
Pərvanə tək dolan yarın başına,
Arala tellərin, qabağından1 öp!
Almaq olmaz nanəcibin qızını,
Çəkmək olmaz bədəsilin nazını,
O üzünü, bu üzünü, gözünü,
Dilindən, dişindən, dodağından öp!
Kitabda oxunan sina yaxşıdı,
Seyrağıb gərdəni sına yaxşıdı
Mən dedim: öpməyə sinə yaxşıdı,
Könül ha yalvarır, buxağından öp!
Bağçalar titrəşir bardan ötəri,
Almadan, heyvadan, nardan ötəri,
Abbas, ağlayırdın yardan ötəri,
Dur, şahimərdanın ayağından öp!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət