Dərc edildi: Baxış sayı: 685
Aşıq Abbas Tufarqanlı - Məni gör
Dolannam başına misli-pərvanə,
Həsrət gözü yolda qalan, məni gör!
Eşqin sitəmindən, çarxın əlindən,
Saralıb gül kimi solan, məni gör!
Sər qoydum payəndaz, etdim üz yara,
Bayqu kimi meydan vermə üz yara,
Zülf pərişan, yaxa yırtıq, üz yara,
Könlümü şikəstə bulan, məni gör!
Şikəstə Abbasam, çəkərəm qəmi,
Neylər mənə seyrağıbın sitəmi,
Kərəmli soltanın budu kərəmi,
Kərəmsiz, qəzəbnak olan, məni gör!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət