Dərc edildi: Baxış sayı: 655
Aşıq Abbas Tufarqanlı - Mahi-ənvərdi
Könül bir cananm sevdasmdadı,
Cismdə insandı, mahi-ənvərdi,
Buyunu arzular bağçada bülbül,
Bilmirəm, süsəndi, ya sənubərdi?
Sevdiyimin hüsnü Qureyşin nuri,
Yusifi-Kənandı, Çinin fəqfuri,
Deyirlər, behiştdə çox olur huri,
Onlar da köhnəlib, yar təzə-tərdi.
Çoxu aşıqlığı asan şey sandı,
Cəfasını gördü, çox tez usandı,
Canım bir Pərinin oduna yandı,
Qoy desinlər, Abbas üçün bir ardı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət