Dərc edildi: Baxış sayı: 722
Aşıq Abbas Tufarqanlı - Dərbəndin
Ay camaat, gəlin tərif eləyim,
Nə əcəb düşübdü yeri Dərbəndin.
İskəndər əlilə olub bərqərar,
Çəkilibdi bürcə, barı Dərbəndin.
Mən gəlmişdim bu Dərbənddə qalmağa,
Bir tülək tərlanı ələ salmağa1,
Düşmən öldürməyə, qisas almağa,
Qoçaq olur igidləri Dərdəndin.
Dərbənd dedikləri bağçadı, bağdı,
Alt yanı dəryadı, üst yanı dağdı,
Abbas deyər: əcəb meyvəsi çağdı,
Xəstəyə şəfadı narı Dərbəndin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət