Dərc edildi: Baxış sayı: 679
Aşıq Abbas Tufarqanlı - Bu sabahları
Bir səda eşitdim canan elindən,
Oyandım yuxudan bu sabahları.
Bir cavab almadım yarın dilindən,
Görüm açılmasın bu sabahları.
Ay qalxıbdı günortanın yerinə,
Talıb olan qulluq eylər pirinə,
İki sevgi yetsə biri-birinə,
Tanrıya xoş gələr bu sabahları.
Abbas deyər: müsəllaya varmadım,
Əl uzadıb yar zülfünü hörmədim,
Bir bağ saldım, güllərini dərmədim,
Dərdilər, tökdülər bu sabahları.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət