Dərc edildi: Baxış sayı: 548
Aşıq Abbas Tufarqanlı - Aydın olsun
Gözəlliyi elə car olan Pəri,
Gərdənə həmayil tax, aydm olsun!
Sevdası sərimdə var olan Pəri,
Sinəmi odlara yax, aydın olsun!
Bir zamanlar dövran sürdüm sizinlə,
Aşiq etdin söhbətinlə, sözünlə,
Əzəl başdan mənə baxan gözünlə,
İndi özgələrə bax, aydın olsun!
Qul Abbası nə kənara atmısan,
Hərcayilə ülfətini qatmısan,
Deyəsən ki, taza aşna tapmısan,
Sevdiyim, gözlərin çox aydın olsun!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət