Dərc edildi: Baxış sayı: 617
Aşıq Abbas Tufarqanlı - Ayağına
Qırxlar piri, özün yetiş dadıma,
Bir də məni yetir yar ayağına.
Üzün görüm, könül alsın təsəlli,
Xmatək yaxılım əl-ayağma.
Səmada ulduzlar sana gəlibdi,
Yüz ilin xəstəsi cana gəlibdi,
Ay həzərat, bir zamana gəlibdi,
Yoxsul üzün sürtür mal ayağına.
Abbas bu sözləri deyər özündən,
Doymamışam yarın o gül üzündən,
Ağlamaqdan bir pərinin gözündən,
Düşübdü Gülgəzin xal ayağma.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət