Dərc edildi: Baxış sayı: 768
Aşıq Abbas Tufarqanlı - Ay bu yanda dur
Başına döndüyüm alagöz Pərim,
Apardın ağlımı, ay bu yanda dur!
Ağıl başda deyil, ruh da bədəndə,
Eylədin tarımar, ay bu yanda dur!
Halaldandır mayam, bulunmaz haram,
Qırxlar məclisində mən orda varam,
Seyrağıb adamla heç olmaz aram,
Şeytandı, felindən, ay bu yanda dur!
Abbasam, dövranım, ay belə keçdi,
Dolandı ruzigar, ay belə keçdi,
Sallandı bir pərim, ay belə keçdi,
O səbəbdən dedim, ay bu yanda dur!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət