Slimfit
  1. AZƏRBAYCAN

Asim Mollazadədən təklif: Azərbaycanlı və erməni deputatlar görüşsün

Asim Mollazadədən təklif: Azərbaycanlı və erməni deputatlar görüşsün
Sakura

Asim Mollazadədən təklif: Azərbaycanlı və erməni deputatlar görüşsün

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələr medianın gündəmində qalmaqdadır. Konfrans çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılan qarşılıqlı debat fərqli təkliflərin ortaya atılmasına səbəb olub. Belə ki, həmin formada debatların digər rəsmilər, parlamentarilər, diplomatlar, ekspertlər arasında keçirilməsi barədə də təkliflər səsləndirilir.

Bu barədə Modern.az-a danışan deputat Asim Mollazadə də belə debatların sıxlıqla keçirilməsinin tərəfdarıdır:

“Bu cür debatların keçirilməsi, ayrı-ayrı şəxslərin arasında beynəlxalq səviyyədə debatların təşkil edilməsi vacibdir. Hər bir imkandan istifadə etməliyik ki, beynəlxalq ictimaiyyəti erməni yalanları barədə məlumatlandıraq. Bunun üçün səsimizi ucalda biləcəyimiz bütün platformalardan istifadə etməliyik. Xüsusilə beynəlxalq platformalardan Azərbaycan həqiqətlərini çatdırmaq üçün yararlanmaq üçün istifadə etməliyik. Münhen konfransında  Azərbaycan dünyaya erməni yalanlarını bir daha nümayiş etdirdi.ş Hesab edirəm ki, bu yalanları ifşa etmək üçün Azərbaycan həm parlament diplomatiyasını, həm xalq diplomatiyasını gücləndirməlidir. Bizim işlərimiz çoxdur”.

 

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc isə fikirlərini misal üzərindən ifadə edib:

 

“Almaniyada bir güləş salonunun girişində məşhur epiqraf asılıb. Bu barədə mənə Azərbaycan Roma-yunan güləş növü üzrə Federasiyanın rəhbəri Ağakişi İsgəndərov danışmışdı. Şüarda qeyd olunub ki, düşmənini öz sənətində məğlub et!

 

Əslində bu fikirlər bizim üçün bir nümunə olmalıdır. Bu gün hər kəs hərbçi, zabit və əsgər ola bilməz. Klassik mənada əsgər təmas xəttində, sərhəd zolağı boyunca olmur. Dünyada yumşaq güc, iqtisadi, siyasi müharibələr, diplomatik savaş informasiya müharibəsi və s. terminlər yaranıb. Bütün bunlar  silahlı toqquşmalarla paralel gedir, hətta bəzi hallarda onu qabaqlayır. Belə olan təqdirdə, bu dialoqlar diplomatik siyasi davanın mühüm bir hissəsidir.

 

Keçmişdə bəzən politoloqlar, parlamentarilər, siyasətçilər arasında da belə debatlar keçirilirdi və bu zaman bir sıra məqamlara aydınlıq gətirilirdi. Münhen təhlükəsizlik sammiti yüksək beynəlxalq tribunadır. Burada Azərbaycan prezidentinin Nikol Paşinyanla dialoqda siyasi, tarixi bilikləri onun nə qədər öndə olduğunu sübut etdi. Lakin müxtəlif konfrasınlardaparlamentarilərin dili ilə də aparılan çoxlu debatların şahidi olmuşuq”.

Oruc axırıncı dəfə Nato Parlament Assambleyasının Bakıda keçirilən seminarında böyük bir heyətlə çıxış edən Azərbaycan rəsmilərinin erməniləri susdurduğunu qeyd edib:

 

“Həmin tədbirlər canlı yayımla media məkanında yayılırdı . O zaman ermənilərin hətta Dağlıq Qarabağ əsilli şəxsləri platformalya gətirdiyini görürdük. Buna qədər isə həmin şəxs canfəşanlıq edirdi ki, Qarabağ erməniləri heç bir halda Azərbaycanla bir çətir altında hüquqi aləmdə yaşaya bilməz. Biz hətta qonşu kimi də yaşaya bilmərik.

 

O zaman bizim həmkarlaırmız çox peşəkarlıqla onlara cavab verdilər. Xatırlayıram ki, NATO Parlament Assambleyasının prezidenti bu raundun sonunda Azərbaycan meydanı olmağa baxmayaraq, burada çoxlu informasiyalar alıdım bu məlumatlar mənə öz mövqeyimi formalaşdımağa kömək etdim”.

 

Əslində hər gün virtual savaş getdiyini vurğulayan Zahid Oruc sosial şəbəkələrdə apardığı araşdırmadan bəhs edib:

 

“Ötən dəfə bizim “facebook” və “tvitter” aləmində azərbaycanlı yazarların fikirlərinin erməni istifadəçilər tərəfindən necə qarşılandığını  araşdırırdım. Müəyyən oldu ki, ermənilər Azərbaycanlı istifadəçilərin fikirlərini təhqirlə qarşılayırlar. Nikol Paşinyan isə Münhendə açıqlama verdi ki, mən ermənilərə müraciət edirəm. Münaqişəni körükləyən addımlara yol verməyək. Nə qədər eşidildi, ciddiyə alındı – demək olar ki... Heç kim. Mən yekun olaraq, söyləyirəm ki, hər bir Azərbaycan müəllimi, tələbəsi, siyasətçisi, iqtisadçısı və s. ermənilərdən güclü olmalıdır. Biz klassik düşüncələrlə gözləsək ki, yalnız ordumuz gedib, torpaqlarımızı işğaldan azad edəcək, bizim isə heç bir öhdəliyimiz yoxdur.  Bu yanlış düşüncə olar”.

Aysel  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR