Slimfit
  1. MEDİA

“ASAN xidmət”in 108 “Çağrı” mərkəzinə 3 milyonuncu zəng

“ASAN xidmət”in 108 “Çağrı” mərkəzinə 3 milyonuncu zəng
Sakura

“ASAN xidmət”in 108 “Çağrı” mərkəzinə 3 milyonuncu zəng

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 108 “Çağrı” mərkəzinə 3 000 000-cu zəng daxil olub. Bu zəngin sahibi Tünzalə Kərimovadır.

            3 milyonuncu zəngin sahibi kimi Tünzalə Kərimova təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

            1 fevral 2013-cü il tarixindən fəaliyyətə başlayan 108 “Çağrı” mərkəzi “ASAN xidmət”, “ASAN Kommunal” mərkəzlərinin,  Elektron Hökumətin İnkişafı Mərkəzi və “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə bağlı informasiya xidmətinin göstərilməsini, xidmətlərlə bağlı şikayət və təkliflərin qəbul olunmasını həyata keçirir.

            Mərkəz səsboğucu funksiyaları nəzərə alınmaqla masalar, kompüterlər, zəruri proqram təminatları, qanunvericilik bazası, müraciət edənlər barədə asan və tez məlumat almaq imkanı olan məlumat bazası və digər müasir texniki avadanlıqlarla təchiz olunub. Xidmətdə ən son yeniliklər tətbiq olunub, geniş imkanları olan Cisco UCCE telefoniya sistemindən istifadə edilir.

            Gün ərzində təxminən 5000-dən çox olmaqla bu günə qədər ümumilikdə 3.000 000 müraciət qəbul olunub. Hazırda 108 “Çağrı” mərkəzi vasitəsi ilə müraciətlərin qəbulu həftənin bazar ertəsi- cümə günləri saat 09:00-dan 18:00-dək, şənbə günü 09:00-dan 13:00-dək həyata keçirilir. Eyni zamanda bayram və istirahət günlərində 24 saat avtomatlaşdırılmış rejimdə səsli məlumatlandırma sistemi vasitəsilə xidmət göstərilir.

            Respublikanın istənilən regionundan stasionar telefonlardan «108» nömrəsini yığmaqla “Çağrı” mərkəzinin xidmətlərindən ödənişsiz yararlanmaq mümkündür.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR