Slimfit
  1. CƏMİYYƏT

“ASAN xidmət”dən karantin günlərində dializ xəstələrinə dəstək

“ASAN xidmət”dən karantin günlərində dializ xəstələrinə dəstək
Sakura

“ASAN xidmət”dən karantin günlərində dializ xəstələrinə dəstək

“ASAN xidmət”in 108 “Çağrı” Mərkəzi sərtləşdirilmiş karantin rejimində vətəndaşlara xüsusi xidmətlər göstərib. 

Məhdudiyyətlərin tətbiq edildiyi müddətdə siyahısı TƏBİB publik hüquqi şəxs tərəfindən təqdim olunmuş 200-dən çox dializ xəstəsinin “ASAN xidmət”in 108 “Çağrı” Mərkəzi vasitəsi ilə müvafiq tibb müəssisələrinə çatdırılması təmin edilib. 

ASAN könüllülərinin iştirakı ilə həmin şəxslər xüsusi avtomobillər vasitəsi ilə aidiyyəti tibb müəssisələrinə aparılıb və geri qaytarılıblar. Eyni zamanda, son iki gün ərzində icaze.e-gov.az portalında qüvvədə olan icazələrin sayı da açıqlanıb. Əməkdaşlar üçün icazənin alınması ilə bağlı 15 200 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən 241 689 icazə qüvvədə olub. 

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonları ərazisində iyunun 14-ü və 15-i sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunub.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR