Slimfit
  1. MARAQLI

Arzuladığınız işə düzəlməyin 3 yolu

Arzuladığınız işə düzəlməyin 3 yolu
Sakura

Arzuladığınız işə düzəlməyin 3 yolu

Arzuladığınız işə düzəlmək üçün bir çox yollar var. Bunların bəziləri asan, digərləri isə nisbətən çətin yollardır. Beləliklə:

Birinci yol çalışqanlıq tələb edir

Hazırlıq mərhələsində plan tərtib etmək lazımdır. Belə bir deyim var, əgər sən hara getdiyini bilmirsənsə… mən sənə iş yarmarkalarında verilən elanlara baxmağa tövsiyyə edirəm. İnsanlar mənə öz “CV”lərini göstərirlər və “istənilən işi görərəm” deyirlər. Onların “CV”ləri məhz bundan ibarətdir.

Çətin iş konkret sahədə konkret işi təyin etmək, daha sonra isə hansı şirkətin bu işi təklif etdiyini müəyyən etməkdir. Bunun sonunda, sən işəgötürənə onun axtardığını, onun istədiyi şəkildə təqdim edirsən və onun problemini həll etmiş olursan.

İkinci yol sadədir

Danışarkən həvəsli olduğunu göstər. İşəgötürənlər və insan resursalrı menecerləri ilə aparılan sorğunun nəticəsində müəyyən olunub ki, iş üçün müraciət edənlərin 48 faizi yetərincə həvəsli və ya səmimi olmayıblar. Onlarla telefon əlaqəsi zamanı və yaxud müsahibələrdə neqativ təsir bağışlayıblar.

Bu çox yaxşı xəbərdir! Sən sadəcə gülümsəyərək və həvəsli olduğunu göstərərək iş üçün müraciət edən namizədlərin demək olar ki, yarısından öndə ola bilərsən.

Üçüncü yol əyləncəlidir

İş elanını oxuduqdan sonra, hər bir bənddə yazılanlar üçün nələri etdiyinin siyahısını tut. Daha sonra yazdıqlarını hekayəyə çevir və müsahibə zamanı problemi necə müəyyənləşdirdiyini, onu həll etmək üçün nələri etdiyini və nəticənin necə olduğunu təsvir et. Uğurların haqqında danışmaq çox əyləncəlidir. Eyni zamanda, bu üsul vasitəsi ilə işəgötürən də səni daha asanlıqla yadda saxlayacaq.

Bu üç addımı yerinə yetir, və qısa müddət ərzində sən “siz işə qəbul olundunuz” sözlərini eşidəcəksən.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR