Slimfit
  1. AZƏRBAYCAN

Arzu Rəhimov Abşeronda vətəndaşları qəbul edib

Arzu Rəhimov Abşeronda vətəndaşları qəbul edib
Sakura

Arzu Rəhimov Abşeronda vətəndaşları qəbul edib

 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Abşeron rayonunda Şuşa, Qubadlı, Sumqayıt, Abşeron, Xocavənd, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Xocalı şəhər və rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.

Bu barədə "Report"a Dövlət Xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, qəbulda 17 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti idarə, şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, övladlarının təkrar tibbi müayinəyə cəlb olunaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi, eləcə də veteran adının və vəsiqəsinin verilməsinə dair olub. Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR