Slimfit
  1. TARİX

Arxeoloqlar Yaponiyada SAKE hazırlanan ən qədim məbəd tapıblar

Arxeoloqlar Yaponiyada SAKE hazırlanan ən qədim məbəd tapıblar
Sakura

Arxeoloqlar Yaponiyada SAKE hazırlanan ən qədim məbəd tapıblar

Ens.az xəbər verir ki, tapıntıların üzə çıxmasına Kiotada aparılan inşaat işləri səbəb olub. Fəhlələr qazıntı zamanı qəribə xarabalıqlar görüb, arxeoloqları çağırıblar, onlar isə Yaponiyada ən qədim saki sexinin tapıldığını elan ediblər. Ümumilikdə inşaat işləri zamanı çox qədim bir məbəd ortaya çıxıb ki, burada hətta xüsusi pivə düzəldilən yer də olub.

Müasir mənzillərin inşası üçün ayrılan bu ərazidə tikinti işləri Tenrudzi məbədinin aşkarlanmasına səbəb olub. XV əsrə aid olduğu güman edilən məbəd və yanındakı tikililər burada bütöv bir zavod olduğunu göstərir. Güman ki, yerli sakinlərin spirtli içkilərə olan tələbatını ödəmək üçün nəzərdə tutulubmuş. Burada tapılan nəhəng qurğular bu fikirləri sübut edir.

Məlumdur ki, sözügedən spirtli içki növü hələ də Yaponiyada ən ənənəvi növlərdən biridir. Qeyd edək ki, sake düyüdən xüsusi yolla əldə edilən qıcqırdılmış maya vasitəsilə hazırlanır.

Qazıntı yerində 180 xüsusi formalı çuxur da tapılıb. Bu çuxurlar hazırlanan içkinin qablarda saxlanması üçün nəzərdə tutulubmuş.

Arxeoloqlar bu istehsalının "Onin" adı verilən müharibə başlayana qədər aparıldığına tam əmin olduqlarını bildirirlər. Həmin müharibə 1467-1477-ci illərdə baş verib.

Əvvəllər tarixçilər qədim yapon din xadimlərinin məbədin qazanclarını artırmaq və əldə edilən pulları çox yüksək faiz dərəcələri ilə borc vermələri məqsədilə spirtli içkilərin geniş istehsalından və satışından istifadə etmələri barədə fikirlər bildirirdilər.

İndi isə bu fərziyyələr elmi sübutunu tapmış oldu.

İndiyə qədər, Yapon rahiblərinin yalnız İtami şəhərində və 1603-1867-ci illərdə belə bir fəaliyyətlə məşğul olduqlarına inanılırdı.

Arxeoloqların bu tapıntıları bütün məbədlərdə və daha əvvəlki dövrlərdən bu işlərin aparıldığını təsdiqləyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR