Artıq dövlət rüsumunu ən rahat yolla öyrənmək mümkün olacaq
Vətəndaşlar kadastrla bağlı xidmətlərə müraciət etməzdən öncə dövlət rüsumu və xidmət haqqının miqdarını öyrənə bilər. Bu Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlərindən biri olan "Kadastr kalkulyatoru" ilə mümkündür. Komitədən Trend-ə verilən məlumata görə, informativ xidmətlə vətəndaşlar, fiziki və hüquqi şəxslər onlayn qaydada dövlət rüsumu və xidmət haqqını hesablaya bilir.
Bu elektron xidmət istifadəçiyə "Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi" və "Torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibi" ilə bağlı tələb olunan xidmət haqqı və dövlət rüsumunu öyrənmək imkanı verir. Vətəndaşın öncədən kadastr xidmətləri ilə bağlı qanunvericiliyə uyğun olaraq ödəyəcəyi məbləğlə tanış olması prosesdə şəffaflığı artırır, şəxsi seçiminə uyğun daha düzgün qərarı verməsini təmin edir.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilən xidmətlərdə çevikliyə və məmnunluğa yönələn belə üstünlüklər fəaliyyətdə səmərəliliyi artırır, vətəndaşların xidmətlərdən rahatlıqla istifadəsinə şərait yaradır.
Mənbə : Sia.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət