Dərc edildi: Baxış sayı: 613
"Arsenal" XXI əsrin ən uğursuz mövsümünü keçirir
İngiltərə Premyer Liqasının XXXVII turunda "Aston Villa"ya məğlub olan "Arsenal" (0:1) mövsümü 8-ci pillədən yuxarıda bitirmək şansını əldən verib.
Ens.az Apasport.az-a istinadən xəbər verir ki, bu, London klubunun XXI əsrdə ən uğursuz mövsümü olub.
"Topçular"ın buna qədər ən uğursuz nəticəsi 1994/95 mövsümündə 12-ci yeri tutması idi. Komanda son turda qalib gəlsə belə, ən yaxşı halda 8-ci yerdə qərarlaşacaq.
Qeyd edək ki, Mikel Artetanın yetirmələri hazırda 53 xalla 10-cu pillədə yer alır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət