Dərc edildi: Baxış sayı: 389
“Arsenal” tarixinin ən uzun səfərini Azərbaycana edəcək
İngiltərənin “Arsenal” klubu oktyabrın 4-də Avropa Liqasının qrup mərhələsinin II turunda Bakıda “Qarabağ”la qarşılaşacaq.
Oxu.Az xəbər verir ki, Bakıya gələcək London klubu tarixinin ən uzun səfərini gerçəkləşdirəcək.
Ağdam təmsilçisi ilə görüş üçün “Arsenal” dörd min kilometr məsafə qət edəcək.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” oyununun start fiti saat 20:55-də səsləndiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət