Slimfit
  1. MEDİA

Arkovdan şok: Rusiya ilə savaş dünyanın sonu olacaq

Arkovdan şok: Rusiya ilə savaş dünyanın sonu olacaq
Sakura

Arkovdan şok: Rusiya ilə savaş dünyanın sonu olacaq

Yaponiyanın Osaka şəhərində G20 sammiti çərçivəsində Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında danışıqlar başa çatıb. Görüş 1,5 saat davam edib. Bu 1,5 saat bütün dünyaya necə təsir edə bilər? İki ölkə arasındakı münasibətlərin yaxşılaşmasını gözləmək olarmı?

Bu və digər sualları rusiyalı politoloq Vitali Arkov Axar.az-a cavablandırarkən bildirib ki, görüş zamanı siyasət və iqtisadiyyatda təsir sahələrinin bölünməsi müzakirəsi pərdə arxasında qalıb. Tərəflər qismən müzakirə mövzularına işarə veriblər – məsələn, Venesuela, Suriya böhranı və sairə.

“ABŞ-Rusiya münasibətlərinin yaxşılaşması bütün dünya üçün müsbət haldır. Lakin müxtəlif səbəblərə görə iki ölkənin münaqişəsi üçüncü qüvvələr (Səudiyyə Ərəbistanı, İsrail və digər ölkələr), həmçinin Rusiya və ABŞ-ın daxilində olan qüvvələr üçün xeyirlidir”, - ekspert qeyd edib.

Arkov bir müddət əvvəl Vladimir Putinin müasir Rusiya silahının yeni nümunələrini təqdim etdiyini deyib:

“Əvvəlcə Rusiyanın düşmənləri bunun yalan olduğunu açıqladılar, lakin KİV-də sınaqları təsdiq edən faktlar yayılandan sonra isteriya başladı. Məsələ bu silahların ABŞ-a istiqamətlənəcəyi ilə bağlı deyil – normal düşüncəli insanlar başa düşürlər ki, Moskva və Vaşinqton heç vaxt bir-biri ilə müharibəyə başlamayacaq, çünki bu, bəşəriyyətin sonu ola bilər. Lakin rusiyalı hərbi alimlərin və mühəndislərin nailiyyətləri Rusiya hərbi-sənaye kompleksinin dünya bazarına çıxardığı silahların payını əhəmiyyətli dərəcədə artırır və bu onun əsas rəqiblərinin, ilk növbədə, ABŞ və İsrailin xoşuna gəlmir. Bu, birinci məqamdır. İkinci məqam da odur ki, Rusiya ABŞ-ı bundan əvvəl əldə olunmuş razılığa riayət etməyə və öz sərhədləri yaxınlığında hücum silahlarını yerləşdirməməyə çağırır. Hətta müdafiə adı ilə. Hətta Rusiya müdafiəsi ilə müqayisədə onların texniki cəhətdən köhnəlməsi vəziyyətində belə. Hücum silahlarının müxtəlif variantlarla Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsi gərginliyi artırır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR