Slimfit
  1. TƏBİƏT

Arıquşu

Arıquşu
Sakura

Arıquşu

Arıquşu — növündən asılı olaraq saniyədə 15 ilə 80 dəfə qanad çırpma qabiliyyətinə malik olur, həmçinin geriyə doğru uça bilmələri ilə də digər quşlardan fərqlənirlər. Qanadlarını çox böyük sürətlə çırpdıqları zaman insanın ağzı bağlı vəziyyətə səs çıxarmasına bənzər bir səs meydana gəlir. Buna görə də onlara İngilis dilində "hummingbird" (vızıldayan quş) adını vermişlər. Arı quşlarını-kolibriləri başda aliminium olmaqla müxtəlif rəngli çiçəklər özünə cəlb edir. Əsasən çiçək nektarları ilə bəslənən kolibrilər çiçəklərin tozlanmasında da böyük rol oynayırlar. Karib adalarında yaşayan arı quşu (Mellisuga helenae) 1,8 qram ağırlığa malikdir və o dünyanın ən kiçik quşu hesab olunur. Qızıl arı quşu 3 qram, nəhəng arı quşları isə 24 qram ağırlığındadırlar. Kolibrilərin növ sayı 325 ilə 340 arasındadır. Kolibrilərin bəzi növləri bir çox quşlar içərisində tüklərinin parlaq və bəzəkli olması ilə seçilirlər. Erkək kolibrilər dişilərə nisbətən daha gözəl görünüşlüdürlər. Belə parlaq olduqluruna görə onları Braziliya yaqutu, yaqut-safir arı quşu da adlandırırlar. Uzun dimdikləri sayəsində dar çiçəklərdən öz qidalarını rahatlıqla ala bilirlər. Döş və bədənin alt hissəsi ağ rəngdədir. Bütün növlərdə bədənlərinin bir və ya bir neçə yerində yaşıl rəng mövcuddur. Ürək döyüntüləri isə dəqiqədə 1260 dəfəyə qədər arta bilər. Lakin gecələr bu döyüntülərin sayı 50 ilə 180 dəfə arasında dəyişir. Yaqut boğazlı arı quşunun köç ərəfəsində 800 km uzunluğundakı Meksika körfəzini heç dayanmadan keçdiyi müşahidə olunmuşdur. Kolibrilər ən azı -20C hava temperaturuna dözə bilərlər. Onu da qeyd etmək olar ki, arıquşu (kalibra) ən kiçik quşlardan biri sayılır. Və onlar adından göründüyü kimi arılar kimi çiçəklərin şirin nektarı ilə qidalanır.Uzunqanadkimilər dəstəsinə aid yeganə quş fəsiləsi. 300-dən çox növü məlumdur. Bu quşlar arxaya uça bilən yeganə quşlardır. 15 m/san sürəti ilə uça bilirlər. Yenidamaqlılar dəstəsinə aid quşlar fəsiləsi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR