Slimfit
  1. DİN

Arıqlamaq üçün oruc tutmaq savabdır? - İlahiyyatçı açıqladı

Arıqlamaq üçün oruc tutmaq savabdır? - İlahiyyatçı açıqladı
Sakura

Arıqlamaq üçün oruc tutmaq savabdır? - İlahiyyatçı açıqladı

“Ramazan ayında arıqlamaq üçün oruc tutmağın savabı yoxdur”.

Elə insanlar var ki, onlar məhz arıqlamaq üçün Ramazan ayında oruc tutur. Lakin ilahiyyatçılar bunu qəbul etmirlər.

Bu düşüncə ilə oruc tutulmasını ilahiyyatçı Samir Əzizov Redaktor.az-a açıqlamasında şərh edib. O, qeyd edib ki, Ramazan ayında arıqlamaq üçün oruc tutmağın savabı yoxdur:

“İnsanın məhz arıqlamaq üçün oruc tutması düzgün deyil. Müsəlmanlara vacib buyurulan ibadətlərin hər biri Allaha yaxınlaşmaq niyyətilə olmalıdır. Bu niyyətdən kənar, edilən ibadətlər qəbul olmur. Oruc tutmağın nəticəsi olaraq, insan arıqlaya bilər. Bu, normaldır. Ramazan ayında arıqlamaq üçün oruc tutmaq adıyla pəhriz saxlanmaq doğru deyil”.

Onu da qeyd edək ki, bu il Ramazan ayı may ayının 6-sı başlayacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR