Slimfit
Arı
Sakura

Arı — uçan həşaratlar ailəsinə aiddir

Arılar — uçan həşaratlar ailəsinə aiddir. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir.

İşçi arının ömrü 40 gün olur. 17-18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35-40 kq təmiz bal verə bilir.

Arı ailəsi 3 qrupa bölünür:

  1. Ana arı
  2. Erkək arı
  3. Dişi və ya işçi arı

Onlar 15 km-ə qədər yol qət edə bilirlər. Arı 15 km məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara qəribə hərəkətlərlə xəbər verirlər

Arılar həm də yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar.

 

Maraqlı xüsusiyyəti

  • Bir pətəyin arıları digər pətək arılarını ora buraxmırlar. Hər bir pətəyin qabağında keşikçi arılar olur.
  • Pətəyin içərisində müəyyən qruplar olur ki, digər arıların çöldən gətirdikləri xortumundakı şirəni, bəzən isə ayaqlarındakı çiçək yarpaqlarını, bəzi vaxtlarda isə gətirdikləri suyu yerbəyer etməklə məşğul olurlar. Su arıların balalamasında vacib rol oynayır.
  • Qış aylarında arılar pətəkdə qalırlar. Əgər bayırda 15 dərəcədən aşağı istilik olarsa, arılar çölə çıxmağa meyilli deyillər.
  • Arılar arasında işsiz arı ola bilməz. Əgər xəstə arı olarsa, o artıq işə yaramadığı üçün onun qanadlarını yonub pətəkdən bayıra atırlar.

 

Arı ailəsindəki fərdlər və arının anatomik quruluşu

Erkək arının yumurtadan çıxmasından tam inkişafına qədər olan dövr 24 gün çəkir. Erkək arı ana arı ilə cütləşən zaman onun tənasül aparatı və daxili orqanlarında bir hissəsi qırılıb ana arının tənəsül orqanında qaldığı üçün erkək arı cütləşmədən 3-4 saat sonra ölür. Erkək arının tənəsül orqanı ana arının tənəsül orqanında olan zaman onun toxumu ana arının toxum qəbuledici kisəsinə tökülür. Bu toxum bir necə milyon spermatozoiddən ibarət olur. Ana arı qovuqcuqdan çıxdıqdan 6-8 gün sonra ilk bələdləmə ucuşuna, 12-14-cü gün isə cütləşmə ucuşuna çixir. Çünki bu vaxt cinsi yetişkənliyə çatir. Ümumiyyətlə erkək arılar öz ailəsinə çox da bağlı olmurlar. Onlar çox asanlıqla bir ailədən digər ailəyə köçürlər. Sentyabr-oktyabr aylarında ailədə erkək arıların olması yaxşı hal deyildir. Çünki bu o deməkdir ki, ya ana arı cütləsmə zamanı itmişdir yaxud da ana mayalanmamış qalmışdır.

Erkək arı uçuş zamanı çoxlu enerji sərf edir. Ona görə də onun yemə ehtiyacı çox olur. Müəyyən edilmişdir ki, 1kq erkək arının əmələ gəlməsinə və onun 2-3 ay yaşamasına 15-20 kq bal lazimdir. Bundan başqa hər bir erkək arının yetişməsi üçün sərf edilən yem işşi arının yetişməsi üçün sərf edilən yemdən 4 dəfə artıqdır. Buna görə də arıcılar erkək arı yetişməsini məhdudlaşdırmaq və ya onları məhv etmək üçün ciddi tədbirlər görürlər.

Erkək arının yetişməsi ancaq mayalanmamış ana olan yerdə və yüksək məhsuldarlığı ilə fərqlənən ailələrdə zəruridir. Belə bir sual ortaya çıxa bilər: madam ki, ananın mayalanması üçün 7-8 erkək arı kifayətdir, onda nə üçün ailədə yüzlərlə erkək arı yetişir. Bu onunla izah edilir ki, ana arı pətəkdə deyil, açıq havada mayalanır, havada isə ana arı müxtəlif təhlükələrlə qarşılaşır. Arıyeyən quşlar ananı məhv edir, külək onu müxtəlif əşyalara çırpıb qanadlarını qırır, yaxud uzağa uçaraq aza bilir.

Ümumiyyətlə uzunmüddətli uçuş ana arı ücün təhlükəlidir. Buradan aydın olur ki, erkək arının çox olması ana arı ilə tez görüşməyə imkan yaradır. Ana arı havada nə qədər qısa müddətdə qalarsa, onun ölüm qorxusu da bir o qədər azalar. Arı beçə verən zaman erkək arı ilə ana arının görüşməsi və ya mayalanması üçün ən yaxşı şərait yaranır.

 

Qalereya

Plumpollen0060.jpg

Biene an Majoran.png

European honey bee extracts nectar.jpg

Drinking Bee.jpg

Biene auf lavendel.jpg

Bee France.JPG

Bee and jatropha.jpg

Louise Docker - Lift Off- Best Viewed Large (by).jpg

Cicekde ari e-citizen.jpg

Bee in Prunus Armeniaca flowers.jpg

 

Mənbə

Arı pətəyi

Pətəyin hazırlanması çox böyük möcüzədir. Düzgün, bir-birindən fərqlənməyən altıbucaqlı xanalardan ibarət olan pətəklər arılar üzərində təcəlli edən sonsuz ağlın təkcə bir nümunəsidir. Pətək eyni anda 2-3 arı tərəfindən yuxarıdan aşağıya doğru hörülür. Ayrı-ayrı hörülən hər bir hissə yanlara doğru genişləndirilərək digər pətəklərlə birləşdirilir. Bu proses mükəmməl hesablanmış və nizamlı şəkildə həyata keçirilir. Pətəyin iki-üç müxtəlif hissənin birləşməsi ilə əmələ gəldiyini ayırd etmək mümkün deyil. Fərqli uclardan başlayaraq hörülən pətəklər elə simmetrikdir ki, yüzlərlə xanadan və müxtəlif hissələrdən ibarət olmasına baxmayaraq, ortaya bütöv pətək çıxır. Üstəlik, bu pətəkdə heç bir birləşmə izinə rast gəlinmir. Bu onu göstərir ki, arılar pətəyi qurmaq prosesinə təsadüfən deyil, başlanğıc və birləşmə nöqtələri arasındakı məsafəni hesablayaraq başlayırlar. Bal arılarının hazırladıqları pətəyin bütün xanaları eyni ölçülü olur. İndi isə kiçik bir təcrübə ilə arıların pətəyi hörməsini yamsılamağa çalışaq. Bu təcrübəni apararkən onu da nəzərə alaq ki, təcrübəni aparan şüurlu, müəyyən bir ağıla sahib insandır. Arılar isə şüursuz varlıqlardır. Bir vərəqdə bir neçə küncdən başlayaraq altıbucaqlılar çəkin və səhifənin ortasında bu altıbucaqlıları birləşdirməyə çalışın. Lakin elə edin ki, heç bir birləşmə nöqtəsi bilinməsin. Ən əsası da bunu xətkeş və pərgardan istifadə etmədən və heç bir hesablama işi aparmadan etməyə çalışın. Bunun çox çətin olduğunu, hətta mümkün olmadığını görəcəksiniz. Üstəlik bu təcrübənin bir deyil, üç-dört nəfərlə həyata keçirildiyini düşünsək, bu prosesin nə qədər çətin olduğu daha yaxşı başa düşərik. Pətək ayrı-ayrı hazırlanmış hissələrdən ibarətdir. Yəni pətək bir nötqədən başayaraq hazırlanmır. Hər bir arının müstəqil hazırladığı hissələr bir-biri ilə birləşdirilir. Eyni anda fərqli yerlərdə hazırlanan hissələr birləşdirildikdə də heç bir iz qalmır. Xanaların birləşmə nöqtələri ilə üst üstə düşən altıbucaqlılar yarımçıq qalmaz. Həmçinin fərqli genişlikdə olduqları halda bir-birindən fərqli hündürlükdə və ya uyğunsuz xanalar olmur. Arılar xanaları o qədər mükəmməl şəkildə birləşdirirlər ki, pətək tam hazır olduqdan sonra birləşmə yerlərini müəyyən etmək mümkün olmur. Arıların həyatlarının hər anı Allahın sonsuz qüdrətinin və yaratma gücünün təcəllisidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR