Slimfit
  1. CƏMİYYƏT

“Araz” supermarketlər şəbəkəsində əməkdaşlar arasında COVID-19-a yoluxanlar var? - AÇIQLAMA

“Araz” supermarketlər şəbəkəsində əməkdaşlar arasında COVID-19-a yoluxanlar var? - AÇIQLAMA
Sakura

“Araz” supermarketlər şəbəkəsində əməkdaşlar arasında COVID-19-a yoluxanlar var? - AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə “Araz” supermarketlər şəbəkəsində əməkdaşlar arasında koronavirusa yoluxanların olması ilə bağlı məlumatlar paylaşılır.

Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, yayılan məlumatlarda “Araz” supermarketlər şəbəkəsinin, xüsusilə Abşeron rayonunun Saray qəsəbəsində və Sumqayıt şəhərində fəaliyyət göstərən mağazalarında əməkdaşlar arasında COVID-19-a yoluxanların olduğu iddia edilir.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Araz” supermarketlər şəbəkəsinin PR meneceri Billurə Əmirova bildirib ki, Sarayda yerləşən mağazada çalışanlar arasında hərarəti yüksək olan bir neçə əməkdaş olub:

“Bu məsələ ilə bağlı ətraflı açıqlama vermişdik. Bütün mağazalarımızda səhər işə başlamazdan əvvəl bütün personalın hərarəti ölçülür. Bir neçə əməkdaşımızda hərarət müşahidə edildiyindən onlar işə buraxılmamışdı. Müvafiq analizlər götürüldükdən və nəticələr neqativ çıxdıqdan sonra işə geri qayıtmışdılar. Belə hallar digər mağazalarımızda da olub, qabaqlayıcı tədbirlər görülüb.

Sumqayıtda dörd “Araz” supermarketi fəaliyyət göstərir. Onların heç birində nə şübhəli hal, nə də koronavirusa yoluxduğu təsdiq edilən əməkdaşımız olmayıb. Bütün personal iş başındadır. Yayılan məlumatlar həqiqəti əks etdirmir. “Araz” supermarketlər şəbəkəsində işçilər qoruyucu tibbi maskalardan, əlcəklərdən istifadə edirlər. Eyni zamanda, mağazalarımızda mütəmadi olaraq dezinfeksiya işləri aparılır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR