Slimfit
  1. SİYASƏT

Arayikin Xankəndidəki iş otağından EKSKLÜZİV GÖRÜNTÜLƏR

Arayikin Xankəndidəki iş otağından EKSKLÜZİV GÖRÜNTÜLƏR
Sakura

Arayikin Xankəndidəki iş otağından EKSKLÜZİV GÖRÜNTÜLƏR

Qarabağdakı qondarma rejimin “liderlərindən” olan, hazırda Azərbaycanda istintaq təcridxanasında saxlanılan Arayik Arutyunyanın bir zamanlar Xankəndidə istifadə etdiyi iş otağından görüntülər yayılıb.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,  görüntülərdə otağın darmadağın olduğu, səliqəsizliyi diqqət çəkir.

Videogörüntünü çəkən şəxs şərh edir ki, Azərbaycan Ordusu əsgərlərinin qorxusundan separatçıların “administrasiya rəhbərliyi” danışdığı telefonun dəstəyini də üzərinə qoymayıb, tələm-tələsik canını götürüb qaçıb:

“2020-ci ilin 44 günlük Vətən müharibəsində Ermənistanın baş naziri Nikol Paşinyan telefondan asılı qalmışdı və dünya liderlərinə davamlı zənglər edib onları bezdirirdi. 2023-cü ilin 19-20 sentyabr tarixində lokal antiterror tədbirləri müddətində də Xankəndidə oturan qondarma rejimin “administrasiya rəsmiləri” eyni aqibəti yaşayıblar. Görünür ki, qaça-qaç düşdüyündən telefonun dəstəyini üzərinə qoymağı da yaddan çıxarıblar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR