Dərc edildi: Baxış sayı: 337
Araiki bu azərbaycanlı vəkil müdafiə edəcək
Xankəndidə həbs edilərək Bakıya gətirilən separatçı Araik Arutyunyanın vəkilinin kimliyi məlum olub.
Ens.az Azinforum.az-a istinadən xəbər verir ki, onun hüquqlarını tanınmış vəkil Alov Səfərəliyev müdafiə edəcək.
Alov Səfərəliyev faktı təsdiqləyib:
“Bu gün Araik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak etdim. Səhhəti və psixoloji durumu yerindədir. Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq.
Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracayıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik!”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət