Slimfit
  1. CƏMİYYƏT

AQTA sədri: Son bir həftədə 13 nəfər zəhərlənib, dördü ölüb, biri isə kor olub

AQTA sədri: Son bir həftədə 13 nəfər zəhərlənib, dördü ölüb, biri isə kor olub
Sakura

AQTA sədri: Son bir həftədə 13 nəfər zəhərlənib, dördü ölüb, biri isə kor olub

 Bir həftədə içkidən zəhərlənmə ilə bağlı ümumilikdə səkkiz hadisə baş verib.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu hadisələr nəticəsində 13 nəfər zərərçəkən olub:

“Onlardan dördü ölüb, biri isə görmə qabiliyyətini itirib”.

Sədr bayram günləri ilə bağlı vətəndaşlara da müraciət edib.

O bildirib ki, bayram günlərində ictimai iaşə obyektlərinə müraciətlər və istehlak daha çox olur:

“Restoranlarda yeni il şənlikləri təşkil olunur. Biz də AQTA olaraq özümüzə borc bilirik ki, vətəndaşlara müraciət edək ki, hər bir vətəndaş özü də qida nəzarətçisinə çevrilməlidir.

Azərbaycanda fəaliyyət göstərən bütün iaşə obyektlərinə nəzarət etmək mümkün deyil”.

İlhamə Əbülfət

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR