Slimfit
  1. CƏMİYYƏT

AQTA çəyirtkələrlə bağlı açıqlama yaydı

AQTA çəyirtkələrlə bağlı açıqlama yaydı
Sakura

AQTA çəyirtkələrlə bağlı açıqlama yaydı

Hazırda səhra çəyirtkəsinin ölkəmizə miqrasiyaetmə ehtimalı yoxdur. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yayıb.

Son günlər sosial şəbəklərdə “çəyirtkə işğalı” və bunun respublikamızın kənd təsərrüfatına mənfi təsir edəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirən qurum bildirib ki, sürətli çoxalma qabiliyyətinə malik olan bu zərərvericinin 3 ay sonra sayı 20 dəfə, 6 ay sonra 400 dəfə, 9 ay sonra isə 800 dəfə arta bilir:

“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rəsmi məlumatına görə 2020-ci ilin əvvəllərindən əlverişli iqlim şəraiti səhra çəyirtkəsinin Şərqi Afrika, Cənub-Qərbi Asiya və Qırmızı dəniz ətrafı ərazilərdə intensiv  çoxalmasına səbəb olub. Həmçinin, Efiopiya, Somali və Keniya ilə yanaşı səhra çəyirtkələri artıq İran və Pakistan ərazisinə də yayılıb.

Yarım-quraq və quraq yerlərə üstünlük verən səhra çəyirtkəsi yumurtalarını rütubətli qumsal torpaqlara qoyur. Eyni zamanda, gün ərzində külək istiqamətində 150 km-ə qədər uça bilir.

İl ərzində 2-5 nəsil verə bilən bu zərərverici müxtəlif otlarla, ağaclarla qidalanaraq onların yarpaqlarını, gövdələrini, çiçək və meyvələrini yeyir. Hər fərd orta hesabla gün ərzində öz çəkisi qədər qidalanır. Səhra çəyirtkəsinin inkişafı üçün optimal temperatur 24-32  ͦ C hesab olunur.

Nəzərə alsaq ki, çəyirtkələrin bədən temperaturu havanın temperaturundan çox asılıdır, indiki şəraitdə səhra çəyirtkəsinin Azərbaycan ərazisinə miqrasiyaetmə ehtimalı yoxdur. Sözügedən zərərvericilər şaxtaya davamlı olmadığından Azərbaycan şəraitində qışlaya bilmir. Bu səbəbdən də respublika ərazisində daimi məskunlaşma imkanları yoxdur. Lakin may-iyun ayları ərzində miqrasiya baş verə bilər.

AQTA və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi tərəfindən gələcəkdə səhra şəyirtkəsinin ölkəmizə hər hansı bir miqrasiya ehtimalları nəzərə alınaraq müvafiq mübarizə tədbirlərinin aparılması üçün hazırlıq işləri həyata keçirib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR