Slimfit
  1. CƏMİYYƏT

AQTA açıq havada yas və toy mərasimlərinə icazə verilməməyinin səbəbini açıqlayıb

AQTA açıq havada yas və toy mərasimlərinə icazə verilməməyinin səbəbini açıqlayıb
Sakura

AQTA açıq havada yas və toy mərasimlərinə icazə verilməməyinin səbəbini açıqlayıb

“Həm açıq, həm də qapalı məkanlarda say məhdudiyyəti var. Ümumiyyətlə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, kütləvi tədbirlərin təşkili, bir ərazidə 10 nəfərdən artıq adamın toplaşması qadağandır”. 

Ens.az Apa.az-a istinadən xəbər verir ki,bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Facebook” səhifəsindəki "Təhlükəsiz Qida" adlı onlayn verilişində AQTA sədrinin müşaviri Elxan Mikayılov bildirib.

Onun sözlərinə görə, bu o deməkdir ki, eyni tələb ictimai iaşə obyektlərinin açıq hava məkanlarına da tətbiq olunur: “Nəyə görə açıq havada tələblərə əməl edilməklə yas və toyların keçirilməsinə icazə verilməməsi səbəbinə gəldikdə isə, bu mərasimlər qohumlar, tanışlar, yaxınlar arasında baş verir. Yaxın ünsiyyəti olan insanlar sadəcə gəlib birbaşa masa arxasında əyləşib qida qəbul etməklə məşğul olmur. Həmin şəxslər tez-tez bir-birləri ilə görüşürlər. Adətən bizdə toy və yas mərasimləri uzun müddət bir-birini görməyən insanların görüş məkanına çevrilir. Bu, o deməkdir ki, onlarla, yüzlərlə insan bu mərasimlərdə bir-biri ilə sadəcə masa arxasında deyil, ayaq üstə durarkən də yaxın təmas qurur. Bu da yoluxma üçün çox yüksək risk sayılır və doğrudan da təhlükəli hal ola bilər. Amma eyni masa ətrafında bir-birinə yad olan  insanlar əyləşdikdə bu risk baş vermir. Təbii ki, epidemik risk, yoluxma sayı azaldıqca bu məsələlərə baxılacaq.  Hazırda qüvvədə olan qərarın əsas arqumenti budur ki, kütləvi şəkildə toplaşmaq kütləvi şəkildə ünsiyyət deməkdir. Bu isə kütləvi şəkildə yoluxma riski yaradır”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR