Slimfit
  1. CƏMİYYƏT

Apteklərdə spirt qıtlığı aradan qalxdı

Apteklərdə spirt qıtlığı aradan qalxdı
Sakura

Apteklərdə spirt qıtlığı aradan qalxdı

Dünyada koronavirus epidemiyası yayıldığı gündən müxtəlif ölkələrdə, eləcə də Azərbaycanda tibbi spirtə tələbat artıb.

Axar.az xəbər verir ki, bir qədər əvvəl apteklərdə spirt çatışmazlığı olsa da, hazırda bütün əczaxanalarda gigiyenik spirtlər satılır. Diqqət çəkən məqam isə satılan spirtlərin əksəriyyətinin plastik qablaşdırmada olmasıdır.

Paytaxtda fəaliyyət göstərən apteklərdən birində çalışan əczaçı bildirib ki, əvvəllər daha çox şüşə qablaşdırmada olan tibbi spirtlər gətirilirdi:

“Son günlər isə depodan əsasən plastik qablaşdırmada olan spirtlər gətirilir. Bu qablaşdırma da eyni firmanın məhsuludur. Yeganə fərq qabın plastikdən olması və faizinin artıqlığıdır. Şüşə qabdakı spirt 95, plastik qabdakı spirt isə 96 faizlikdir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR