Slimfit
  1. TARİXDƏ BU GÜN

Aprelin 1-i Beynəlxalq Quşlar Günüdür

Aprelin 1-i Beynəlxalq Quşlar Günüdür
Sakura

Aprelin 1-i Beynəlxalq Quşlar Günüdür

Azərbaycanda isə 400 quş növü qeydə alını

Aprelin 1-i dünyada Beynəlxalq Quşlar Günü kimi qeyd edilir. 1906-cı il aprelin 1-də quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya imzalanıb. Bu gün məktəblilər və quş həvəskarları bağlarda və parklarda yem təknələri və yuvalar asır, quş yuvalarını yeniləmək və təzədən tikməklə quşların köçüb gəlməsinə hazırlaşırlar.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Quşlar Günü hər il UNESCO tərəfindən həyata keçirilən xüsusi proqram çərçivəsində qeyd edilir. Bu günün keçirilməsində əsas məqsəd vəhşi quşların sayını və növ müxtəlifliyini qorumaqdır.

Beynəlxalq statistikaya görə, dünyada 100 mindən çox quş növü var. Yaxın keçmişdə 200-300 quş növü tükənib. Azərbaycanda isə 400 quş növü qeydə alınıb. Ölkəmizdə qeydə alınan növlər 18 dəstə və 61 fəsiləyə mənsubdur. Bunların 40 faizi oturaq növ olmaqla, respublika ərazisində ilboyu müşahidə edilirlər, 27 faizi qışlayan, 10 faizdən çoxu isə köç vaxtı qeydə alınan növlərdir. Avrasiyadakı ən böyük miqrasiya yollarından biri Azərbaycan ərazisindən keçir. Şərqi Avropa və Qərbi Sibirdən cənuba və Şərqi Afrikaya, Cənub-Qərbi Asiyaya və əksinə milyonlarla quş köç edir. Hər il Azərbaycan ərazisindən təqribən 20 milyon təkcə su-bataqlıq quşu keçir, istirahət və yemlənmək üçün dayanacaq kimi buradan istifadə edir. Avropada qışlayan quşların ən çox olduğu yerlərdən biri olan ölkəmizdə 1-1,5 milyon su quşu qışlayır. Digər qışlayan quşlardan isə bəzgəklərin sayına görə ölkəmiz dünyada birinci yerdədir. Belə ki, 100-200 min arasında bəzgək respublika ərazisində qışlayır.

Respublikamızda yaşayan 36 növ quş Azərbaycanın “Qırmızı kitab”ına daxil edilib. Azərbaycan ornitofaunasının isə 23 növü “Dünya Qırmızı Kitab”ında yer alıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR