Slimfit
  1. İDMAN

Aprel şəhidinin xatirəsinə respublika turniri keçiriləcək

Aprel şəhidinin xatirəsinə respublika turniri keçiriləcək
Sakura

Aprel şəhidinin xatirəsinə respublika turniri keçiriləcək

Ağsu rayonunda 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş, Müdafiə Nazirliyinin xüsusi təyinatlı giziri Toğrul Fərəczadənin xatirəsinə həsr olunmuş Uşu-Sanda idman növü üzrə Respublika Turniri keçiriləcək.

Publika.az xəbər verir ki, yarış sentyabrın 2-də baş tutacaq.

Turnirdə 120-dən artıq idmançı 1-ci, 2-ci və 3-cü yerlər uğrunda mübarizə aparacaq. Tədbirdə 48, 52, 56, 60, 65, 70, 75, 80, 85 və 85+ çəki dərəcələrində olan idmançılardan ibarət komandalar yarışacaq. Hər çəki dərəcəsində olan komandalar arasında qalib yerlər müəyyən ediləcək.

Yarışın təşkilatçısı Uşu-Sanda Federasiyasının prezidenti Azər Həsənsoy və 3 qat Avropa çempionu Elçin Eminovdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR