Aprel döyüşlərinin iştirakçısı: "Dünyaya Azərbaycan Ordusunun gücünü göstərdik"
2016-cı ilin aprel döyüşləri Azərbaycan xalqında ruh yüksəkliyini daha da artırdı.
Bunu BAKU.WS-ə açıqlamasında aprel döyüşlərinin iştirakçısı, polkovnik-leytenant Elşən Qarayev deyib.
Aprel döyüşlərində Lələ Təpə yüksəkliyinin alınmasında birbaşa iştirak edən polkovnik-leytenant döyüşün iştirakçısı kimi fəxr edir:
"O anları yaşamaq, o döyüşün iştirakçısı olmaq böyük fəxrdir. Biz apreldə ermənilərin keçilməz olması barədə yayılan mifi darmadağın etdik. Bir daha sübut etdik ki, ermənilər azərbaycanlılar qarşısında tap gətirə bilməz. Bunu sübuta yetirdik və bütün dünyaya nümayiş etdik. Azərbaycan əsgəri hücuma keçəndə oxuyub-oynayırdı. Bax bu mənzərə qürurverici idi. Hamı bilirdi ki, döyüşə gedir və ölümün üzərinə yeriyir".
O əlavə edib ki, buna baxmayaraq hamı sevinclə, bayram əhvali-ruhiyyəsində döyüşə atılırdı:
"Çünki əsgərlər komandirlərlə çiyin-çiyinə döyüşürdü. Hamıda inam var idi ki, qələbə üçün döyüşürük. O hissləri orada yaşamaq ayrı dünyadır... Çox fəxr ediləsi anlar idi. Düzdür, itkilərimiz də oldu. Allah şəhidlərimizə rəhmət eləsin. Amma biz bununla bütün dünyaya Azərbaycan Ordusunun gücünü göstərdik. 2016-cı ilin aprel döyüşləri ilə sübut etdik ki, biz qalibik və uğurlarımız daimi olacaq".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət