Slimfit
  1. CƏMİYYƏT

Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edildi - Siyahı

Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edildi - Siyahı
Sakura

Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edildi - Siyahı

Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan Apellyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi müzakirə edilib.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,  Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən dəyişikliyə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Faiq Qəniyevin və Əli Məmmədovun, Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Ceyhun Məmmmədovun, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nigar Nəbizadənin, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Təranə Məmmədovanın, Astara Rayon Məhkəməsinin hakimi Zamin İbrahimovun Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi təklif edilib.

Şəki Apellyasiya Məhkəməsinin hakimi Günay Cavadovanın həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi təklif edilib. Bununla yanaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun, Tərtər Hərbi Məhkəməsinin hakimi Sevindik Əzizovun, Şəki Kommersiya Məhkəməsinin hakimi Rüfət Məcidovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi təklif edilib.

Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa Əzizovanın, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimləri Toğrul Axundovun və Vahid Hacıyevin Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi təklif edilib. Eyni zamanda Azər İsmayılovun vəzifəsinin dəyişdirilməsiylə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi layihədə əksini tapıb.

Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Zülfüqar Sadiqovun, Balakən Rayon Məhkəməsinin hakimi Zamin Tahirovun Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin olunması təklif edilib.

Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədlinin Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzovanın vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin olunması, Samir Mayılovun vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi təklif edilib.

 

Məsələ səsverməyə qoyularaq qəbul edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR