Slimfit
  1. SİYASƏT

Antoni Blinken Azərbaycan və Ermənistan XİN başçılarının görüşü barədə: "Ən çətin məsələlərin həlli sonraya qalıb"

Antoni Blinken Azərbaycan və Ermənistan XİN başçılarının görüşü barədə: "Ən çətin məsələlərin həlli sonraya qalıb"
Sakura

Antoni Blinken Azərbaycan və Ermənistan XİN başçılarının görüşü barədə: "Ən çətin məsələlərin həlli sonraya qalıb"

"Ən çətin məsələlərin həlli sonraya qalıb".

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bunu ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən görüşünə dair şərhində deyib.

O bildirib ki, razılığa nail olmaq nə qədər asan olsa da, bəzi hallarda çətinləşir: "Çünki ən mürəkkəb məsələlər hələ həllini tapmayıb".

Qeyd edək ki, iyunun 27-29-da C.Bayramov və A.Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb.

Nazirlər Vaşinqtonda olarkən ABŞ-ın dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.

Azərbaycan XİN-in rəsmi məlumatına əsasən, XİN başçıları və onların heyətləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR