Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Antibiotik içdi, dili tükləndi

Antibiotik içdi, dili tükləndi
Sakura

Dərman qəbulundan bir həftə keçdikdən sonra qadın daimi yorğunluq və ağızda qəribə dadın olmasından…

Antibiotik qəbulu gözlənilməz nəticə verib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Amerika həkimləri qarşılaşdıqları nadir kliniki hal haqqında yazıblar.

Onların xəstəsi avtomobil qəzasına düşmüş 55 yaşlı qadın olub. O, xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Qəza zamanı o hər iki ayağından zədə alıb. Bu da ayaqlarda infeksiyanın inkişafına səbəb olub. Tibb işçiləri infeksiya ilə mübarizə məqsədilə qadına iki antibiotik – meropenem və minosklin təyin ediblər. Dərman qəbulundan bir həftə keçdikdən sonra qadın daimi yorğunluq və ağızda qəribə dadın olmasından şikayətlənməyə başlayıb. Bundan başqa onun dili qaralıb və üzəri xırda tüklərlə örtülməyə başlayıb.

Həkimlər qadına glossofitiya diaqnozu qoyub. Qeyd edək ki, bu xəstəlik antibiotiklərin təsirindən yaranır və "qara tüklü dil" adlanır. Əlbəttə ki, dilin üzərində tük əmələ gəlmir. Xəstəlik dad bilmə qabiliyyətinə güclü təsir edir. Dadı qəbul edən dil məməcikləri şişir və 15 dəfəyə qədər böyüyür. Qeyri-adi rəng isə göbələk florasının inkişafı nəticəsində yaranır.

Xəstəlik çox zaman siqaret çəkən və ağız gigiyenasına diqqət etməyən insanlarda müşahidə edilir.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR