Antarktida fəlakət astanasında
Antarktida Brant buz şelfi (qitənin sualtı davamı - red.) iki Nyu-York şəhəri böyüklüyündə olan aysberqin formalaşması ilə əlaqədar yaxın zamanda parçalanacaq. Tədqiqatçılar hesab edir ki, bu, bütün buzlaqda sabitliyinin pozulmasına gətirib çıxara bilər. Gedən proseslər “Halli” elmi stansiyasına ciddi təhlükə yarada bilər.
Bu barədə “Science Alert” nəşri məlumat yayıb.
Alimlərin sözlərinə görə, son 35 il ərzində sabit qalan iri çat son zamanlar sürətlə (ilə 4 kilometr) böyüməyə başlayıb. Gələcəkdə onun 2016-cı ilin oktyabr ayında meydana gəlmiş Halloween Crack çatına qovuşacağı gözlənilir.
Buzlağın qeyri-sabitliyinə əsas süxurların nahamarlığı təsir göstərir. Hesablamalara görə, yeni aysberqin ölçüsü 1700 kvadrat kilometrə yaxın olacaq. Beləcə, Antarktidada meydana gəlmiş ən böyük aysberq kimi tarixə düşəcək. Tədqiqatçılar hesab edir ki, şelfin aqibəti çatların harada bir-birinə qovuşacağından asılı olacaq.
Bu qeyri-sabitlik sahəsinin cənubunda baş versə, o zaman bütün Brant buzlağı parçalanmaya həssas olacaq. Belə olsa, təhlükəsizlik məqsədilə “Halli” qütb stansiyasının yerinin dəyişdirilməsinə ehtiyac yaranacaq.
“Halli-6” stansiyası Antarktidada 5 fevral 2013-cü ildə tarixdə rəsmi olaraq açılıb. Səkkiz moduldan ibarət qütb stansiyası kirşə üzərində qurulduğundan onu bir yerdən başqa yerə köçürmək olur.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət