Slimfit
  1. MƏŞHURLAR

Angelina Jolie: “Xoşbəxt olmaq – sadəcə seçim məsələsidir”

Angelina Jolie: “Xoşbəxt olmaq – sadəcə seçim məsələsidir”
Sakura

Angelina Jolie: “Xoşbəxt olmaq – sadəcə seçim məsələsidir”

Angelina Jolie – dünyada ən tanınmış aktrisalardan biri, 6 uşaq anası, uğurlu, gözəl və cəzbedici bir xanımdır. Biz onun bu həyatda müvəffəqiyyət qazanmasına səbəb olan bəzi həyati prinsip və qaydalarını sizin üçün seçdik.

1. Mən çox gec başa düşdüm ki, xoşbəxt olmaq – sadəcə seçim məsələsidir, xoşbəxt olmağı seçmək lazımdır.

2. Mən ilk böyük səfərə uzun müddət öncə yollanmışdım, gördüklərim məni dəhşətə gətirdi və uzun müddət öz təsirində saxladı. Sonra isə mən səyahət edir və yaşadığımız bu dünyaya bəlkə də hamı kimi nifrət dolu münasibət duyurdum. Çox gec anladım ki, sadəcə müşahidə edib, qəzəb duymaqdansa, yoxsulluq içində yaşayan insanlara kömək etməyin yolunu axtarmaq lazımdır.  

3. Qazandığım puldan üçdə birini xərcləyir, üçdə birini saxlayır, qalan üçdə birini isə ehtiyacı olanlara, xeyriyyəçiliyə ayırıram.

4. Hesab edirəm ki, uşaqlar hər şeyi öz gözləri ilə görməlidir, ona görə də mənim uşaqlarım mənimlə birlikdə bizim Kambocadakı evimizdə yaşadıq. Hətta onu, ev də demək olmaz, o dörd dirək üzərində dayanan balaca bir koma idi və ətrafı da elə özü kimi komalar ilə əhatə olunmuşdu. Qonşular, sadə kənd əhalisi ilə birlikdə bis həmin ərazinin minadan təmizlənməsi üzərində çalışırdıq, bizə aid olan torpaqda 48 min mina tapmışdıq.

 5. Elə ki, mən intuisiyamı izləməyi dayandırır və məntiqə söykənən bir qərar verirəm, o dəqiqə başıma xoşagəlməz iş gəlir.

6. Altı övladın varsa, sən çalışırsan ki, heç zaman özünü ciddi təhlükəyə məruz qoymayasan.

7. Bəzən uşaqların sualları sizi çox çətin vəziyyətə salır. Məsələn onlar birdən sizdən soruşa bilər: ”Nəyə görə Şrek və Fiona evlənib, sən isə hələ də yox?”

8. Mən işgüzar və çalışan anayam və istəyirəm ki, mənim geyimin gözəl, cəlbedici və eyni zamanda praktik olsun.

9. Hələ gənc ikən mən özümdə dərin bir qorxu aşkarladım, mən qorxurdum ki, həyatı tam, dolu-dolu yaşaya bilməyəcəyəm. Mən tez anladım ki, əgər potensialımı tam istifadə etməsəm, eksperimentlər etməsəm, risk etməsəm – həyatım cılız və bədbəxt olacaq. Düz yolda qalmağın yeganə üsulu  – özünə sadiq olmaqdır. Bu isə özünü çox zaman ümumi qəbul olunmuş qaydalar çərçivəsindən çıxa bilməkdə göstərir.

10. Mənə hər zaman elə gəlirdi ki, ana olmaq dünyada – ən qorxulu, ən məsuliyyətli və ən cəsarətli addımlardan biridir. Bu, bütün kürəyə döymə çəkdirmək qədər asan deyil.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR