Slimfit
  1. BİOQRAFİYA

Anar Ramiz oğlu Bağırov

Anar Ramiz oğlu Bağırov
Sakura

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri 

1976-cı ildə Gəncə şəhərində anadan olmuşdur. 1997-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavriatura, 1999-cu ildə isə Mülki hüquq istiqaməti üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2006-cı ildə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda aspirantura pilləsini bitirərək hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 

2014-cü ildən AMEA-nın İnsan Hüquqları İnstitutunun doktorantıdır. 

1997-2005-ci illər arasında müxtəlif təşkilat və müəssisələrdə hüquqşünas vəzifəsində işləmişdir. 

2005-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunmuş və hal-hazırdadək vəkillik fəaliyyəti ilə məşğul olmaqdadır. 

2012-ci ildən etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüdür. 

7 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin Konfransında Rəyasət Heyətinin sədri vəzifəsinə seçilmişdir. 

Azərbaycan Respublikasının Prezidentinin 19 may 2015-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. 

Rusiya Vəkillər Gildiyasının “Fəxri fərmanı” ilə təltif olunmuşdur. 

Rusiya Vəkillərinin Federal Palatası tərəfindən "Rusiyanın fəxri vəkili" adı ilə təltif olunmuşdur. 

2018-ci ilin martından Türkdilli və Qohum Ölkələrin Vəkillik Qurumlarının Birliyinin (TÜRK-AV) idarə heyətinin üzvüdür.

Ədliyyə Akademiyasının "Vəkillərin peşəyə buraxılış və ixtisasartırma" fakültəsinin dekan əvəzi, Akademiyanın Elmi şurasının üzvüdür.

 

www.jlc.gov.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR