Slimfit
  1. MARAQLI

Anaların uşağın əmziyini öz ağızlarına salması təhlükəlidirmi?

Anaların uşağın əmziyini öz ağızlarına salması təhlükəlidirmi?
Sakura

Anaların uşağın əmziyini öz ağızlarına salması təhlükəlidirmi?

Analar çox zaman körpəsinin əmziyi yerə düşdükdə avtomatik olaraq yumağa imkan olmadıqda onu öz ağızlarına salaraq təmizləyib, yenidən körpənin ağzına qoyurlar.

Çoxlarına gigiyenik görünməsə də, əslində mütəxəssislərin fikrincə bu uşağın sağlamlığı üçün xeyirlidir, onun immunitetini möhkəmləndirir.

Medicina.az bildirir ki, bu istiqamətdə aparılan araşdırmanın nəticəsi Sietldə keçirilən "Allergiya, astma və immunologiya" konfransında açıqlanıb. Alimlər 128 ana arasında uşaqların əmziklərini necə təmizləmələri ilə bağlı sorğu keçiriblər. Onlardan əmziyi qaynar suda, qabyuyan maşında, axar suda sabunla və yaxud da ağızları ilə təmizlədiklərini soruşublar. Mütəxəsislər həmçinin uşaqların qanlarında olan E immunoqlobulinin miqdarını da ölçüblər. Bu immunoqlobulin müxtəlif allergiyalar və astma ilə bilavasitə əlaqədardır. Bu maddənin qanda miqdarı nə qədər çox olsa həmin xəstəliklərin inkişaf riski də bir o qədər yüksək olur.

Araşdırma göstərib ki, əmziklərini ağızları vasitəsilə təmizləyən anaların körpələrində E immunoqlobulinin səviyyəsi digər uşaqlarla müqayisədə daha aşağı idi. Bu hal ananın tüpürcəyi ilə uşağın ağız boşluğuna bakteriyaların düşməsi səbəbindən onların immunitetlərinin inkişaf etməsiylə əlaqəli ola bilər.

Mənbə: Saglamolun.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR