Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ana südü ilə qidalanan uşaqlar tənəffüs və həzm sistemi infeksiyalarına yoluxmurlar

Ana südü ilə qidalanan uşaqlar tənəffüs və həzm sistemi infeksiyalarına yoluxmurlar
Sakura

Ana südü ilə qidalanan uşaqlar tənəffüs və həzm sistemi infeksiyalarına yoluxmurlar

Ana südü körpənin immun sistemini gücləndirir və sonrakı dövrlərdə xroniki xəstəliklərdən qorumağa yardım edir. Uzun illər aparılan tədqiqatlar körpə sağlamlığında ana südünün həlledici əhəmiyyətini və alternativsizliyini ortaya qoyub. Ana südü ilə qidalanan uşaqlar, xüsusilə tənəffüs və həzm sistemi infeksiyalarına yoluxmurlar.

AZƏRTAC xəbər verir ki, oktyabrın 4-də Quba Regional Perinatal Mərkəzində ana südü ilə qidalandırma həftəsi çərçivəsində keçirilən tədbirdə şimal bölgəsinin tibb müəssisələrində fəaliyyət göstərən mama-ginekoloqlar bu barədə ətraflı söhbət aparıblar.

Bildirilib ki, Səhiyyə Nazirliyinin və UNICEF-in təşəbbüsü ilə hər il oktyabr ayının ilk həftəsi ana südü ilə qidalandırma həftəsi kimi qeyd edilir. Bu münasibətlə Bakıda və regionlarda bir sıra tədbirlər keçirilir. Əsas məqsəd ana südünün faydaları haqqında cəmiyyəti maarifləndirməkdir.

Çıxış edənlər ana südü ilə qidalanmanın həm ana, həm də uşaq sağlamlığı üçün əhəmiyyəti barədə danışıblar. Bildirilib ki, ölkəmizdə ana və uşaq sağlamlığının qorunması məsələləri müvafiq dövlət qurumlarının, o cümlədən Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir. Nazirlik bu sahədə həyata keçirdiyi silsilə tədbirlər sırasında maarifləndirmə tədbirlərinə xüsusi diqqət yetirir.

Seminar iştirakçılarına məlumat verilib ki, statistikaya görə, 1992-ci ilədək Azərbaycanda bir yaşadək uşaqların cəmi 25 faizi ana südü ilə qidalanırdı. Səhiyyə Nazirliyinin beynəlxalq təşkilatlar və səhiyyə qurumları ilə birgə fəaliyyəti nəticəsində həmin rəqəm indi 50 faizədək yüksəlib. Lakin bu göstəricinin maksimum səviyyəyə çatdırılması körpə sağlamlığı sahəsində çalışanların əsas vəzifələrindən biri olmalı, analarla aparılan iş gücləndirilməlidir.

Çıxış edənlər qeyd ediblər ki, ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı çərçivəsində bir çox layihələr tətbiq olunur. Həmçinin tibb müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, dərman preparatları və tibbi texnika ilə təminat yaxşılaşdırılır. Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə də müsbət dinamika əldə edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR